Mixəyin təzə olduğunu necə təyin edək?

Mixəyin təzə olduğunu necə təyin edək?
05 Avq 2019 13:17

Mixək insan sağlamlığı üçün olduqca faydalıdır. Bu ədviyyat mikrob, virus, göbələk və qurdları öldürür, iltihabları və ağrıları azaldır, sakitləşdirir, güc və gümrahlıq verir, həzmi yaxşılaşdırır...

Gördüyünüz kimi, faydaları saymaqla bitmir.

Lakin bütün bunlar yalnız təzə mixəyə aiddir. Köhnə mixəyin tərkibində faydalı maddələr azalır.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.