"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".
Realpress.az qol.az-a istinadən xəbər verir ki,bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprdə APOEL-ə qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.
O, rəqibin məğlub olmasına baxmayaraq güclü komanda olduğunu və Bakıda "Qarabağ"ı daha ağır oyun gözlədiyini bildirib: "Rəqibin gücünü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".
2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.
Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.