Anar Mədətovdan oğlu Mahirə GÖZLƏNİLMƏZ JEST - Həmin kadrları paylaşdı - VİDEO

Anar Mədətovdan oğlu Mahirə GÖZLƏNİLMƏZ JEST - Həmin kadrları paylaşdı - VİDEO
07 Avq 2019 10:13

25 illik həyat yoldaşı Elnurə xanımdan ayrılaraq ikinci dəfə ailə həyatı quran prodüser Anar Mədətov, ondan üz döndərən oğluna İnstaqram-da jest edib.

Realpress.az xəbər verir ki, prodüser ikinci dəfə ailə qurduğu üçün ata soyadıından imtina edən "Qarabağ"ın və millinin futbolçusu Mahir Emrelinin dünən "Apoel"ə vurduğu qolun videosunu paylaşıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi "Apoel"ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

Xatırladaq ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanıb. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Mahir Emreli ata soyadından və adından imtina etdiyini açıqlayıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.