Azərbaycan XİN-dən Paşinyanın Xankəndidə təxribatçı fikirlərinə münasibət

Azərbaycan XİN-dən Paşinyanın Xankəndidə təxribatçı fikirlərinə münasibət
07 Avq 2019 12:12


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərinə münasibət bildirib.

Nazirlikdən realpress.az-a verilən məlumata görə, ölkəmizin qəti mövqeyinin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqəti cəlb edib:

“Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.

Üstəlik, Ermənistan XİN-i Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün “birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır.

Bu ölkənin baş nazirinin arxasınca, “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN-i faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir.

Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”, - məlumatda vurğulanıb.

11 Dek 2019
Siyasət

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB

11 Dek 2019
Siyasət

Zeynəb Xanlarova ABŞ-a köçdü - Köməkçisindən AÇIQLAMA

“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

11 Dek 2019
Siyasət

Azərbaycan Yaşılları "Euronews"da seçki anonsu verdi

Azərbaycan Milli Məclisi (Parlament) tarixində ilk dəfə olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə buraxılması ilə bağlı müraciət ünvanladı. Nəticə etibarilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul etdi və Konstitusiyanın 98-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 9-na növbədənkənar seçkilərin təyin olunması barədə fərman imzaladı.

11 Dek 2019
Siyasət

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.