Yeni mühafizə sistemi “Chrome” brauzerini təhlükəli faylların yüklənilməsindən qoruyacaq

Yeni mühafizə sistemi “Chrome” brauzerini təhlükəli faylların yüklənilməsindən qoruyacaq
07 Avq 2019 16:00

“Google” şirkəti populyar “Chrome” brauzeri üçün istifadəçilərin zərərli faylların yüklənilməsindən qorunmasını nəzərdə tutan yeni funksiya təqdim edib. “Advanced Protection” adlı proqram kompüterdə antivirusun mövcudluğundan asılı olmayaraq bir neçə saniyəyə aktivləşərək internet viruslarının müdaxiləsinin qarşısını alır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni funksiyanı ödənişli elektron açarlar əldə edildikdən sonra “Google” şirkətinin rəsmi səhifəsinin “Əlavə mühafizə” bölməsində işə salmaq mümkündür. Hesablar üçün belə mühafizə tədbirləri siyasətçi, jurnalist, biznesmen və məlumatların məxfiliyinə xüsusi əhəmiyyət verən insanlar üçün aktualdır.

 

“Advanced Protection Program” quraşdırmasında “Chrome” brauzeri ilə sinxronlaşmanı işə salmaq yetərlidir. Brauzerin təhlükəli hesab etdiyi faylı yükləmək cəhdi xəbərdarlıq və yükləmə prosedurunun bloklanması ilə nəticələnəcək. “Google” mütəxəssislərinin fikrincə, bu tədbirlər istifadəçi məlumatlarını oğurluqdan, kompüterləri isə viruslara yoluxmadan qorumağa kömək edəcək.

 

“Advanced Protection Program” proqramında, həmçinin iki fiziki təhlükəsizlik açarının (Feitian MultiPass FIDO-nun Bluetooth versiyası və Yubico FIDO U2F-in USB açarı) qoşulması nəzərdə tutulub. Onların qiyməti komplektləşdirmə və əlavə NFC çipinin mövcudluğundan asılı olaraq 65-95 dollar arasında dəyişir. Fiziki açar mürəkkəb şifrləmə alqoritmləri və tokenin internetə çıxışı olmaması sayəsində hesabın ələ keçirilməsi cəhdlərinin qarşısını alır.

Realpress.az


10 Dek 2019
İT

“Panasonic” Çində son 16 ildə ilk yeni zavod tikəcək

"Panasonic" şirkəti Çində son 16 ildə istehlak elektronikasının buraxılışı üzrə yeni zavod inşa edəcək. Yaponiya şirkəti ABŞ və Çin arasında ticarət mübahisəsinə görə digər istehsalçıların zavodları Çindən kənara köçürməsinə baxmayaraq bu addımı atacaq.

10 Dek 2019
İT

Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

"WhatsApp" messenceri "Windows Phone" əməliyyat sistemi, "Android" və "iOS" platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək. Bu haqda "Daily Mail" qəzeti məlumat verib.  

10 Dek 2019
İT

İnternet fırıldaqçılarının sayı artıb

"Kasperski laboratoriyası" şirkəti internetdə fırıldaqçıların fəallığının artmasını əks etdirən tədqiqatın nəticələrini açıqlayıb.  

10 Dek 2019
İT

“Windows 10 Mobile” sistemi üçün “Office” paketinin dəstəklənməsi dayandırılacaq

“Microsoft” korporasiyası tezliklə “Windows 10 Mobile” əməliyyat sistemi üçün “Office” əlavələr paketinin dəstəklənməsinin dayandırılacağını açıqlayıb. Belə ki, “Word”, “Excel”, “PowerPoint”, “OneNote” və digər proqramlarda son yenilənmə 10 dekabr 2019-cu ildə olacaq.

10 Dek 2019
İT

Beynəlxalq Kosmik Stansiyada robotlar üçün saxlanc yeri quraşdırılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılması üçün nəzərdə tutulan “RiTS” (Robotic Tool Stowage) adlı “hotel” quraşdıracaq. Bu barədə agentliyin saytında deyilir.