Bu ölkədə jurnalistlərə pulsuz internet veriləcək

Bu ölkədə jurnalistlərə pulsuz internet veriləcək
08 Avq 2019 09:33

İranda 1 il müddətinə jurnalistlərə pulsuz internet veriləcək.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran hökuməti 8 avqust - Jurnalist Günü ilə bağlı jurnalistləri mükafatlandırmaq üçün bu addımı atıb.

H.Ruhani əlavə edib ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə göstəriş verilib.

Xatırladaq ki, 1998-ci il avqustun 8-də İRNA agentliyinin müxbiri Mahmud Saremi İran konsulluğunun 8 diplomatı ilə birlikdə Əfqanistanın Məzarişərif şəhərində Taliban qruplaşması tərəfindən qətlə yetirilib. Bu münasibətlə hər il avqustun 8-i İranda jurnalist günü kimi qeyd edilir.


16 Apr 2024
Dünya

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.