“Samsung Galaxy Book S” noutbuku təqdim olunub

“Samsung Galaxy Book S” noutbuku təqdim olunub
08 Avq 2019 10:13

"Samsung" şirkəti 1080p təsvir ölçülü 13,3 düym diaqonallı sensor ekranla təchiz edilən "Galaxy Book S" noutbukunu rəsmən təqdim edib. O, yaradıcılıqla məşğul olan insanlar üçün nəzərdə tutulan kompüter kimi təqdim edilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lifehacker" resursuna istinadən yazır ki, yeni qurğu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan səkkiznüvəli "Qualcomm Snapdragon 8cx" prosessoru, 8 giqabaytlıq operativ yaddaş və modifikasiyadan asılı olaraq 256/512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz olunub. Noutbukun yaddaşını, həmçinin 1 terabayt tutumlu "micro SD" kartı ilə artırmaq mümkündür.

 

Bundan başqa, "Galaxy Book S" noutbuku SİM kart üçün çıxışa və maksimal avtonomluğu təmin edən "LTE" şəbəkəsi dəstəyinə malikdir. Aksesuarların qoşulması üçün 1 "USB-C" çıxışı nəzərdə tutulub. Barmaq izi skaneri isə fərdi məlumatları qorumağa kömək edəcək.

 

42 vatt-saata bərabər akkumulyator tutumu videoya baxma rejimində 23 saatadək avtonom iş vaxtını təmin edir. Yeni qurğunun çəkisi 0,95 kq, qalınlığı isə 11,8 millimetrdir. Müqayisə üçün qeyd edək ki, 13 düymlük "MacBook Air" (2019) noutbukunda bu parametrlər müvafiq olaraq 1,25 kq və 15,6 mm təşkil edir.

 

Payızda satışa çıxarılacaq "Windows 10" əməliyyat sistemli "Samsung Galaxy Book S" noutbukunun 256 giqabaytlıq versiyasının rəsmi qiyməti 999 dollara bərabərdir.

Realpress.az



10 Dek 2019
İT

İnternet fırıldaqçılarının sayı artıb

"Kasperski laboratoriyası" şirkəti internetdə fırıldaqçıların fəallığının artmasını əks etdirən tədqiqatın nəticələrini açıqlayıb.  

10 Dek 2019
İT

“Windows 10 Mobile” sistemi üçün “Office” paketinin dəstəklənməsi dayandırılacaq

“Microsoft” korporasiyası tezliklə “Windows 10 Mobile” əməliyyat sistemi üçün “Office” əlavələr paketinin dəstəklənməsinin dayandırılacağını açıqlayıb. Belə ki, “Word”, “Excel”, “PowerPoint”, “OneNote” və digər proqramlarda son yenilənmə 10 dekabr 2019-cu ildə olacaq.

10 Dek 2019
İT

Beynəlxalq Kosmik Stansiyada robotlar üçün saxlanc yeri quraşdırılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılması üçün nəzərdə tutulan “RiTS” (Robotic Tool Stowage) adlı “hotel” quraşdıracaq. Bu barədə agentliyin saytında deyilir.  

9 Dek 2019
İT

“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

"Apple" korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil "iPhone" modelini təqdim edə bilər. Bu haqda "TF Securities" şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən "Macrumors" portalı yazıb.

9 Dek 2019
İT

“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib

“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib.