Hərbi aşpazlarımız birinci oldu - VİDEO

Hərbi aşpazlarımız birinci oldu - VİDEO
08 Avq 2019 12:04


“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən 281 balla Azərbaycan birinci, 269 balla Qazaxıstan ikinci və 244 balla Monqolustan üçüncü yerdə qərarlaşıb. 

“Səhra mətbəxi” müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar. 


11 Dek 2019
Hərbi

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

11 Dek 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

7 Dek 2019
Hərbi

Cəbhədə düşmən təxribatları davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

6 Dek 2019
Hərbi

Ermənilər atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.