Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO

Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avq 2019 15:33


Avqustun 7-də axşam radələrində Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə hücum edərkən əsir götürülən xüsusi təyinatlıların ilk görüntüləri yayılıb.

Məlumata əsasən, yerli vaxtla saat 21:00-da xüsusi təyinatlılar Qırğızıstanın keçmiş prezidentinin iqamətqahına daxil olublar. Saat 22:00-da isə sabiq dövlət başçısının tərəfdarları evə daxil olub, xüsusi təyinatlıların müqavimətini qıraraq onları evdən çıxarmağa başlayıblar.

Hazırda A.Atambayevin tərəfdaşları bir neçə xüsusi təyinatlını hələ də əsir saxlayır. Onların ilk görüntüsü də yayılıb.

Ümumilikdə qarşıdurma nəticəsində 48 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan 24-ü polis əməkdaşıdır. Xüsusi təyinatlılardan biri güllə yarasından ölüb.

Qeyd edək ki, Qırğızıstanda 2017-ci ildə prezident postunu tərk edən A.Atambayev barəsində parlament araşdırılması aparılır. Nəticələr üç ay ərzində onların əsasında cinayət işi qaldırmaq hüququna malik olan Baş Prokurorluğa təhvil verilməlidir.

Bu ilin iyun ayında deputatlar keçmiş dövlət başçısını toxunulmazlıq və eks-prezident statusundan məhrum ediblər. Eləcə də, mütəşəkkil cinayətkar qrupun üzvlərinə silah verilməsi, gəlirlərin gizlədilməsi və korrupsiya daxil olmaqla, A.Atambayevə qarşı doqquz maddə üzrə ittiham irəli sürüb.

5 Dek 2019
Dünya

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

ABŞ Suriyanın şimal-şərqindən qoşunlarının çıxarılması və yenidən yerləşdirilməsi prosesini başa çatdırıb.

5 Dek 2019
Dünya

Hacı Zeynalabdin Tağıyevin İstanbuldakı villası 17 milyona satışa çıxarıldı - FOTO

Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus İstanbuldakı tarixi villa satışa çıxarılıb.

5 Dek 2019
Dünya

Kürd yaraqlıları iki ayda 45 dinc sakini öldürdülər – Türkiyə MN

Kürd yaraqlıları iki ayda 45 dinc sakini öldürdülər – Türkiyə MN