Kadırov Şeyx Şamil barədə dediklərinə aydınlıq gətirdi: Jurnalistlər ağıllıdırlar axı... - VİDEO

Kadırov Şeyx Şamil barədə dediklərinə aydınlıq gətirdi: Jurnalistlər ağıllıdırlar axı... - VİDEO
08 Avq 2019 17:11


Şeyx Şamil (Qafqaz xalqlarının müqavimət hərəkatının lideri - red.) haqqında pis düşünsəydim belə, bu fikrimi özümdə saxlayardım.

Bunu Çeçenistan başçısı Ramzan Kadırov “Çeçnya Seqondya” informasiya agentliyinə verdiyi müsahibəni şərh edərkən deyib.

“Mən bilirəm ki, dağıstanlılar onu qəhrəman hesab edirlər. Müsəlman haqqında necə pis şey deyə bilərəm?! Hətta əgər İmam Şamil haqqında pis düşünsəydim belə, bu fikri özümdə saxlayardım.

Şamilə din adamı kimi hörmətlə yanaşıram. Jurnalistlər ağıllıdırlar axı, onlar özləri bildiyi kimi yazıblar. Mən həmişə xalqla birlikdə olmuşam. Dağıstanda çoxlu yaxın adamım var”, - R.Kadırov bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Рамзан Кадыров: Я такого не говорил «Я знаю, что дагестанцы считают его своим героем, как я могу сказать плохое о мусульманине…» Чеченский лидер заявил, что даже если он плохо думал об Имаме Шамиле, то оставил бы это мнение при себе. Так Рамазан Кадыров прокомментировал свое интервью информагентству «Чечня Сегодня». «Я знаю, что дагестанцы считают его своим кумиром, героем, как я могу сказать о нашем мусульманине плохое… Даже если бы я плохо думал об Имаме Шамиле, я при себе оставил бы это мнение. Я с уважением отношусь к Шамилю, как к духовному лицу… журналисты они же умные, они по-своему написали там… Я всегда был с народом, мусульманином…У меня очень много близких людей в Дагестане», - сказал Рамзан Кадыров. Видеозапись беседы с чеченским лидером на своей странице в Instagram опубликовал житель Махачкалы Булач Чанкалаев. Накануне информагентство «Чечня Сегодня» опубликовала интервью с Рамзаном Кадыровым, в котором тот заявил, что Имам Шамиль провоцировал уничтожение чеченского народа. На это заявление отреагировали Муфият Дагестана и чемпион UFC Хабиб Нурмагомедов.

Публикация от Аргументы и Факты Дагестан (@aif_dag)

Qeyd edək ki, Mahaçqala sakini Bulaç Çankalayev “Instagram” səhifəsində çeçen liderlə söhbətinin videosunu dərc edib. “Çeçnya Seqodnya” agentliyi ötən gün R.Kadırovla müsahibəni təqdim edib. Çeçenistanın başçısı müsahibədə bəyan edib ki, İmam Şamil çeçen xalqının məhv olmağa təhrik edib.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.