99 yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi.

99 yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi.
09 Avq 2019 17:37

Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd sakini 99 yaşlı Mustafayeva Tuyğun İmran qızına ilk dəfə olaraq şəxsiyyət vəsiqəsi verilib.

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bərdə "ASAN xidmət" mərkəzinə müraciət etmiş 99 yaşlı sakinə şəxsiyyət vəsiqəsi onun yaşadığı evdə təqdim edilib. Tuyğun Mustafayeva jurnalistlərə müsahibəsində deyib: "Bu günə çox şükür. Şəxsiyyət vəsiqəsi almaq üçün "ASAN xidmət"ə müraciət etdim. Vəsiqəni gətirənlər də, göndərənlər də sağ olsunlar".

Bərdə regional "ASAN xidmət" mərkəzinin baş mütəxəssisi Şəbnəm Süleymanova qeyd edib ki, mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir. Bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 31 milyondan çoxdur.

Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başladığı 12 mart 2015-ci ildən indiyədək 1,5 milyondan çox vətəndaş müraciəti qəbul edib. Mərkəz Bərdə ilə yanaşı, Yevlax, Mingəçevir, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar şəhər və rayonlarında qeydiyyatda olan sakinlərə xidmət göstərir. Bundan başqa səyyar avtobus xidmətləri vasitəsilə Naftalan şəhəri və Goranboy rayonu sakinlərinə də xidmət göstərilir. Vətəndaşlar mərkəzin xidmətlərindən mobil səyyar xidmət vasitəsilə də yararlanırlar.

"99 yaşlı Bərdə sakini Tuyğun Mustafayeva da şəxsiyyət vəsiqəsi almaq üçün mərkəzə müraciət edib. Mərkəzin əməkdaşları dərhal vətəndaşın yaşadığı evə gələrək sənədlərini qəbul ediblər. Bu gün Tuyğun xanımın şəxsiyyət vəsiqəsi ona evində təqdim edildi", - deyə Bərdə regional "ASAN xidmət" mərkəzinin əməkdaşı bildirib.

Qeyd edək ki, hazırda ölkəmizdə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə də "ASAN xidmət" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. 2019-cu il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində daha iki "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.