YAY AYLARINDA DİAREYA.

YAY AYLARINDA DİAREYA.
09 Avq 2019 17:55

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

Yay aylarında diareyanın səbəbləri. Xəstəliyin ortaya çıxmasına səbəb olan viruslar, bakteriyalar və parazitlərin nəm və artan temperaturda daha asan yayıla bilir. Həmçinin, qidaların uyğun şəraitdə saxlanılmaması, daha tez xarab olması, hovuz və dəniz suyunun içilməsi, qidaların lazımi qaydada təmizlənməməsi, ya da təmiz su ilə yuyulmaması kimi bir çox əlavə təsirlər də yayda ishalın olmasına səbəb yaradır.

Buna görə də, yay aylarında diqqətli olmaq və belə xoşagəlməz faktorların mümkün mənbələrindən qaçmaq lazımdır, xəstəliyin qarşısını ala bilmədikdə isə əziyyət çəkən orqanizmə vaxtında və düzgün şəkildə yardım göstərmək lazımdır.

Həkimə getməzdən öncə nə etmək olar?

İshalın səbəbindən asılı olmayaraq ilk növbədə müəyyən pəhriz saxlanılmalıdır. Çoxlu miqdarda maye içilməlidir, çünki ishal zamanı orqanizm çoxlu maye itirir. Mikrofloranı bərpa etmək üçün probiotiklərdən istifadə olunur, çünki ishal zamanı bağırsaqların mikroflorası pozulur. Faydalı bakteriyaların (probiotiklərin) istifadəsi ishalın kəskinliyini və onun davametmə müddətini azaldır. Reseptsiz buraxılan diareyaəleyhinə dərman vasitələrinin həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Nəzərə alın ki, diareya varsa bu o deməkdir ki, nəcis irfazının tezləşməsi yolu ilə orqanızm onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) xaric etməyə çalışır. Qəbul edilən diareyaəleyhinə dərman maddələri isə bu prosesi ləngidir.

İshalın qarşısını almaq mümkündürmü?

1.Yeməkdən əvvəl əllər mütləq yuyulmalıdır.

2.Uşaqların bezləri dəyişdirildikdən və ya tualetdən sonra əllər mütləq yuyulmalıdır.

3.Meyvə-tərəvəzlər təmiz su ilə yuyulmalıdır.

4.Günəş altında satılan və son istifadə tarixi keçmiş olan qidalardan qətiyyən istifadə etmək olmaz.

5.Təhlükəsizliyindən və təmizliyindən əmin olmadığınız qida məhsullarını yeməyin və suyu içməyin.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materiallardan istifadə olunduqda www.kanonaptek.az saytına istinad olunma mütləqdir.

Realpress.az


17 Okt 2019
Səhiyyə - Sağlamlıq

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Rusiya həkimləri süd vəzisi xərçənginin inkişafına təsir edən 5 amili açıqlayıblar.

16 Okt 2019
Səhiyyə - Sağlamlıq

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

14 Okt 2019
Səhiyyə - Sağlamlıq

Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

Kişi və qadın orqanizmi xeyli fərqlənir və bu tək cinsiyyət sisteminə aid deyil. Adətən insanlar belə hesab edir ki, kişi orqanizmi daha möhkəmdir.

11 Okt 2019
Səhiyyə - Sağlamlıq

Məşhur cərrahdan həzm sistemini gücləndirən TƏBİİ ÜSULLAR

Həddindən artıq stress, qeyri-sağlam qidalanma, antibiotik istifadəsi kimi amillər bağırsaq florasını pozur.