Türkiyənin Diyarbakır vilayətinin Hazro rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.
“Haberturk” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 16:34-də baş verən yeraltı təkan 6,41 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.