10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu - FOTO/VİDEO

10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu - FOTO/VİDEO
13 Avq 2019 15:32



10 yaşlı azərbaycanlı qız Danimarka çempionu olub.

Diaspor üzrə ekspert Elnur Eltürkün realpress.az-a verdiyi məlumata görə, 10 yaşlı azərbaycanlı Nuriyə Sona İlhan Danimarkada keçirilən bədii gimnastika çempionatının qalibi olub.

Nuriyə 22 fevral 2009-cu ildə Danimarka Krallığında doğulub. O, beş yaşından bədii gimnastika üzrə məşqlərə başlayıb.

10 yaşlı Nuriyə “Greve Gymnastik og Trampolin” və RSG klublarının üzvüdür. 10 qızdan təşkil olunmuş qrupun adı ”Vivanit”dir. Son üç ildə bu qrup Danimarka çempionu olub.

Nuriyə fərdi çıxışa 2018-ci ildə başlayıb və 2019-cu ilin Danimarka çempionu adını qazanıb.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.