Nəsimi rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.
realpress.az xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal küçəsi 4 ünvanında baş verib.
2017-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.