Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb
20 Avq 2019 09:21

Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.

Son zamanlar bütün dünyada və o cümlədən Azərbaycanda da bu xəstəliyə tutulanların sayı artıb.

Realpress.az Medicina.az-a istinadla mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.

Xəstəliyin risk faktorları: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.

Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:

- İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama

- Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək

- Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi

- Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı

- Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma

- Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır

- Mexaniki sarılıq - dərinin, göz bəbəyinin saralması

- Sidiyin tünd pivə rəngi alması

- Nəcisin rəngsizləşməsi, ağarması

- Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması

- Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.

Nə etməli:

İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.

Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir.

Xəstəliyin dərəcəsinə görə kimya və radioterapiya, cərrahi müalicə tətbiq olunur.


23 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu əlamətlər beyin şişinə işarə edir!

İnsan vücudunda görülən şişlərin 10%-i sinir sistemi toxumlarından inkişaf edir. Bunların 100-də 80-90-ı beyində inkişaf edir.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.