Ağdamda tarixi məscid bərpa edilir

Ağdamda tarixi məscid bərpa edilir
20 Avq 2019 09:25

Ağdam rayonunun Xındırıstan kəndində qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilir.

Realpress.az Azərtac-a istinadən xəbər verir ki, bir əsrdən çox yaşı olan məscid binasının dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri aparılıb.

Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə, həyətdə yas və ehsan mərasimləri üçün iki ədəd zal da inşa olunur. Məscidin ərazisində abadlıq işləri də aparılacaq. Təmir-bərpa və tikinti işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Xındırıstan məscidi 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa olunub. Tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərdə Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.


23 Sent 2019
Mədəniyyət

Azərbaycanlı musiqiçinin kəşfi Rusiya kanalında - VİDEO

Azərbaycanlı musiqiçi Qurban Məmmədovun hazırladığı elektron qarmon hamının diqqətini cəlb edib. 

19 Sent 2019
Mədəniyyət

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

"Hər şey daxil" verilişi Xalq artisti Ramiz Əzizbəylinin evindən canlı yayım edib.