KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.

KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.
20 Avq 2019 15:32

Müasir dövrdə insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridə qurd invaziyalarıdırr. İndiyə qədər insan orqanizmində xəstəlik törədən 250-yə qədər qurd növü aşkar edilmişdir. Onlardan 65-i ölkəmizdə qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il dünya əhalisinin 50%- dən çoxu qurd xəstəliklərinə yoluxur. Yoluxmanın 70-80%-ni uşaqlar təşkil edir.

Qurd invaziyalarına yoluxma yolları. Qurd invaziyaları insan orqanizminə çirkli su, yuyulmamış və ya pis yuyulmuş meyvə, tərəvəz, göyərti, çiy və ya yarıbişmiş ət və balıq məhsulları vasitəsilə keçir. Adi gigiyenik qaydalara əməl etməmək (yeməkdən əvvəl və tualetdən sonra əlləri yumamaq), pis vərdişlər (dırnaq yemək) orqanizmə qurdların yoluxma riskini artırır. Bəzən böyüklərdə qurd xəstəliyi uzun müddət davam etdiyindən xroniki formaya keçir və qurd xəstəliyinin əlamətləri demək olarki müşahidə olunmur. Amma o demək deyil ki, böyüklərdə qurd xəstəliyi olmur. Buna görə də, vaxtaşırı müayinə və müalicə olunmaq lazımdır.

Helmintozların əsas simptomları. Qurd invaziyaları ilə yoluxmuş insanlarda dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri, gözaltı qaralmalar müşahidə olunur. Adətən xəstələrdə iştahanın azalması, ürəkbulanma, qusma, ağızdan suyun axması, ishal və yaxud qəbizlik, tez-tez, qəflətən başlayan və qəflətən kəsən bağırsaq sancıları, anus nahiyəsində qaşınmalar, yuxunun pozulması, yuxuda dişlərin qıcanması və.s kimi əlamətlər müşahidə olunur. Bu simptomlar olduğu haldaı helmintozlardan şübhələnmək və həkimə müraciət etmək lazımdır.

Helmintozların fəsədları. Helmintozlar orqanizmdə bir çox fəsadlar yaradır. Helmintozlar avitaminozlara (vitamin və mikroelementlərin çatışmazlığı), anemiyaya (qanazlığı) səbəb ola bilir. Helmintozlar bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozğunluqları (köp, qarında sancılar, ishal və ya qəbizlik və s.) şəklində göstərir. Helmintlər öd axarlarına düşüb ödün axmasına mane ola bilər. Nəticədə mexaniki sarılıq inkişaf edir. Qaraciyərin fəaliyyəti pozulur. Helmintozların orqanizmdə törətdiyi fəsadlar içərisində həmçinin iştahanın azalması, arıqlama (xüsusilə uşaqlarda), sinir sisteminin pozğunluqları (əsəbilik, depressiya, yuxu pozğunluğu və s.) böyük yer tutur.

Helmintozların profilaktikası. İlk növbədə şəxsi gigiyena qaydalarına ciddi  riayət etmək lazımdır. Helmintozların müalicəsi zamanı dərman preparatlarından istifadə olunur. Kompleks müalicəyə həmçinin bitki tərkibli vasitələr (balqabaq tumları, sarımsaq, adi boymadərən, mixək, qaraqınıq, kəklikotu, nar, sarıkök və s.) daxil edilməlidir. Bu bitkilər bağırsaq peristaltikasını artıraraq məhv olmuş helmintləri orqanizmdən xarıc edir, pozulmuş bağırsaq mikroflorasını bərpa edir. Əgər bir ailədə qurd xəstəliyi aşkarlanarsa, ailənin bütün  üzvləri  bu xəstəliyə qarşı müalicə almalıdır. Çünki qurd xəstəliklərinin insandan insana keçmə ehtimalı çox yüksəkdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materiallardan istifadə olunduqda www.kanonaptek.az saytına istinad olunma mütləqdir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.