Müasir qadınların aktual problemi

Müasir qadınların aktual problemi
23 Avq 2019 11:38

Aşağı ətraflarda venaların genişlənməsi çox aktual tibbi və sosial problem olmaqdadır. Yer üzündə hər beş qadın və hər doqquz kişinin biri varikoz genəlmədən əziyyət çəkir. Damarların varikoz genəlməsinə səbəb son 30-40 il ərzində həyat tərzimizin dəyişməsidir. Biz az hərəkət edir və qaçırıq, idmanla az məşğul oluruq, əsasən rafinə olunmuş ərzaqlarla qidalanırıq. "Ayaqüstü" və "oturaq"  tərzli peşələr (həkim, müəllim, aşbaz, bərbər, mühasib), irsi faktor bu xəstəliyin yaranma riskini artırır.

Varikoz xəstəliyinin səbəbləri və fəsadları. Çoxları varikoz genişlənməni səhvən sadəcə estetik problem hesab edirlər. Lakin venaların varikoz genəlməsi - tromboz, tromboflebit, infarkt və insulta səbəb ola bilən damar divarının inkişaf edən patologiyasıdır. Varikoz genəlmə ciddi müalicə tələb edir və xəstəliyin erkən mərhələsində aparıldıqda yaxşı nəticə əldə olunur. Varikoz xəstəliyi venaların divarında kollagen çatışmazlığı ilə əlaqədardır. Qadınlarda varikoz genəlmə kişilərə nisbətən daha çox aşkar edilir. Çünki damarların strukturunu təşkil edən birləşdirici toxuma qadınlarda daha zəifdir. Normada qan ürəyə doğru axır, damar divarındakı klapanlar isə onun geriyə doğru axmasına imkan vermir. Klapanlar zəif işləyən zaman qan geri sızmağa başlayır. Nəticədə, şişkinlik, qıcolma və ağrılar yaranır. Kontraseptivlərin, digər hormonların istifadəsi və hamiləlik venalarda varikoza səbəb ola bilər.  Hamiləlik zamanı ifraz olunan progesteron damar divarlarının tonusunu azaldır.

Varikoz xəstəliyinin əlamətləri. Damar ulduzları, axşamlar ayaqlarda şişkinlik və ağırlıq, genişlənmiş dərialtı venaların görünməsi, ayaqda ağrı, ağır hallarda isə kəskin genişlənmiş venaların fonunda dərinin piqmentasiyası, daban və topuqlarda daimi ödem, ayaqlarda qıcolma, trofik xoralar varikoz xəstəliyinin əsas əlamətləridir. Lakin varikoz xəstəliyi hər zaman xora ödem və qıcolmalarla nəticələnmir. Xəstəliyi təhlükəli edən də elə budur. Belə ki, uzun müddət simptomsuz keçən xəstəlik tromboflebit, ayaqda qaşınma, bərkimə ilə özünü qəflətən biruzə verə bilər.

Varikoz xəstəliyinin müalicəsi və profilaktikası. Xəstəliyin müxtəlif müalicə yolları vardır: cərrahi əməliyyat, endo-cərrahi üsul, lazer terapiyası və skleroterapiya. Lakin untmayaq ki, varikozu tam aradan qaldırmaq mümkün deyil, xəstəlik yalnız lokal olaraq aradan qaldırılır. Ağırlaşmaların qarşısını almaq üçün simptomları aradan qaldırmaq mümkündür və vacibdir. Varikoz xəstəliyinin profilaktikası üçün piyada gəzmək, üzmək, qaçmaq, velotrenajorlar, velosiped və xizək sürmək tövsiyə edilir. Varikoz genəlmə zamanı müalicəvi-profilaktik kompression trikotaj geyinmək, profilaktik vasitələr olan venotoniklər qəbul etmək məsləhət görülür. Venotoniklər təhlükəsizdir, əksər hallarda bitki tərkibli olur. Peroroal və yerli istifadə olunan vasitələr birgə qəbul olunduqda daha yaxşı effekt əldə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp)   nömrəsinə yaza və ya     *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.

Realpress.az


20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.