Nazir müavini və qəzada ölən pilotu axtaran FHN-çilər təltif edildilər - FOTO

Nazir müavini və qəzada ölən pilotu axtaran FHN-çilər təltif edildilər - FOTO
26 Avq 2019 17:14


Avqustun 26-da Fövqəladə Hallar Nazirliyində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak edib.

Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları bu ilin 24 iyulunda qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin pilotunun nəşi və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev MiQ-29 hərbi təyyarəsinin pilotunun həlak olmasının təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb.

Bildirib ki, FHN-nin əməkdasları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək öz vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçularının MN tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib.

Sonra FHN XRXX-nin 11 nəfər əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.