DEPRESSİYA VƏ YUXU POZUNTULARI, ONLARIN MÜALİCƏ YOLLARI.

DEPRESSİYA VƏ YUXU POZUNTULARI, ONLARIN MÜALİCƏ YOLLARI.
28 Avq 2019 11:05

DEPRESSİYA VƏ YUXU POZUNTULARI, ONLARIN MÜALİCƏ YOLLARI.

Statistikaya əsasən insanların 45 %-i ildə bir dəfə də olsa yuxusuzluqla rastlaşır. Eyni zamanda həyat boyu hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiyaya düşdüyü müəyyən olunmuşdur. Mövsümi depressiya və yuxusuzluq temperamentindən, maddi və sosial durumundan asılı olmayaraq hər bir insanda rast gəlinə bilər.

Depressiya və yuxu pozuntularının səbəbləri. Bəzən yuxusluğa somatik xəstəliklər səbəb olur (baş beyin, ürək-damar xəstəlikləri, ağrı və s.). Yuxusuzluğun psixoloji səbələri həyəcan hissi, ailə münaqişələri, işdə konfliktlər, gündəlik rejimin düzgün olmaması da ola bilər. Əksər hallarda yuxusuzluq depressiyanın nəticəsində yaranır ki, bu da əhval ruhiyyənin pis olması və hərəki aktivliyin azalması ilə müşayət olunur.

Depressiyanın əsas əlamətləri. Özünü günahkar hesab etmək, bədbin olmaq, səbəbsiz qorxu, tez yorulma, aşırı emosional gərginlik, yuxu pozulması və ya yuxusuzluq, əhval ruhiyyənin tez-tez dəyişməsi və yüksək kalorili qida məhsullarına meyillik depressiyanın əsaas əlamətləridir. Yuxunun pozulması öz növbəsində depressiyanın gedişini ağırlaşdırır.

Depressiya və yuxusuzluqla mübarizə yolları. Depressiyanın və yuxusuzluğun profilaktikası gündüz vaxtı aktiv həyat tərzi, yetərli fiziki hərəki aktivlik, bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaqdan ibarətdir. Depressiya ilə bir neçə effektiv mübarizə yolları vardır. Əlvan rənglər. Özünə əlvan rəngli nələrsə almaq, belə ki, narıncı rəng xüsusi pozitivlik yaradır və yaxşı əhval-ruhiyyəyə səbəb olur. Saçları parlaq rənglərə boyamaq pozitiv hisslər yaradır. Dostlarla çox vaxt keçirtmək, retro komediyaları izləmək, çox zarafat etmək və gülmək lazımdır çünki gülüş stress hormonları olan kortizol və adrenalinin sintezini dayandırır. Xoşagələn qoxular həmçinin depressiya və gərginliyin aradan qalxmasına kömək edir. Mümkün qədər çox günəşli və təmiz havada gəzmək lazımdır. Hətta evdə və iş yerində işıqlandırma daha intensiv olmalıdır. Daha çox meyvə və tərəvəzlə qidalanmaq lazımdır. Serotonin ifraz edən məhsullara banan, portağal, xurma, ət, süd məhsulları aiddir. Məşhur antidepressant – şokoladdır. Müalicəvi otlar həmçinin depressiya və yuxusuzluqla effektiv mübarizə aparır. Bitki tərkibli yığıntılar və sakitləşdirici effektə malik bitkilərdən hazırlanmış BFMQƏ rahatlıq gətirə bilər. Lakin unutmayaq ki, depressiya və yuxunun pozulmasının keçici olmasına baxmayaraq bu vəziyyət bəzən tibbi müdaxilə tələb edir. Xəstəyə yalnız psixoloq yardımı deyil, bəzən psixiatrın dərman preparatları ilə müalicəsi də tələb oluna bilər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Realpress.az


26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ

Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hıçqırığı aradan qaldıran 10 effektli üsul

Adətən nəfəsalma zamanı biz diafraqmanın yığılmasın hiss etmirik.

24 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hansı viruslar xərçəngə səbəb ola bilər?

Mütəxəssislər, hansı virusların bədəndəki xərçəng hüceyrələrinin böyüməsini təhrik etdiyini açıqlayıblar.

12 Fev 2020
Səhiyyə - Sağlamlıq

Xərçəngdən, infeksiyalardan qoruyan ən güclü vasitə: QARA SARIMSAQ

Haqlı olaraq “sarımsağın qarası da olur?”, - deyə soruşa bilərsiniz. Bəli, olur.

10 Fev 2020
Səhiyyə - Sağlamlıq

Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə 2 nəfər var - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusla bağlı birgə məlumat yayıb.