ERKƏN QOCALMA ƏLEYHİNƏ VASİTƏ.

ERKƏN QOCALMA ƏLEYHİNƏ VASİTƏ.
28 Avq 2019 13:08

ERKƏN QOCALMA ƏLEYHİNƏ VASİTƏ.

Dünya əhalisi qocalır – ümumi əhali içarəsində yaşlı insanların payının artması praktiki olaraq bütün ölkələrdə müşahidə olunur. Əksər ölkə və regionlarda yaşlı insanların (60 və daha yaşlı olanlar) sayının 2050-ci ildə iki dəfədən çox, 2100-cü ildə isə 3 dəfə artacağı gözlənilir. Təəssüf ki, qocalmanın qarşısını almaq mümkün deyil

Yaşlanmanın növləri. Alimlər “fizioloji” və “erkən” yaşlanmanı ayırd edirlər. “Fizioloji” yaşlanma termini orqanizmin ətraf mühitə adaptasiya qabiliyyətini məhdudlaşdıran, təbii başlayan və tədricən inkişaf edən yaşlanmadır. “Erkən” yaşlanma isə hissəvi və ya ümumi yaşlanma tempinin artması nəticəsində insanın öz yaş qrupunun orta yaşlanma səviyyəsini qabaqlamasıdır.

Erkən qocalmanın səbəbləri. Məsələ yalnız irsiyyətdə deyil. Yaşlanmanın xarici təzahürlərinin meydana çıxmasına xarici amillər, həyat tərzi və qidalanma güclü təsir edir. Böyük şəhərlərdə yaşayan, vaxtının çox hissəsini quru havalı ofislərdə, keçirən, küçələrdə zərərli qazlarla nəfəs alan, kafe və restoranlarda dincələn insanlar, təbiətdə yaşayan, təmiz hava ilə nəfəs alan və tez-tez təbiətdə vaxt keçirən insanlara nisbətən daha tez qocalır. Kompüter arxasında oturmaq, fiziki fəallığın zəif olması, zərərli vərdişlər, daimi stress, yorğunluq, yuxusuzluq sağlamlığa olduqca mənfi təsir edir. Əsas faktorlardan biri də düzgün olmayan qidalanmadır – yarımfabrikatların, qazlı içkilərin, qəhvənin aşırı istifadəsi insan səhhətinə birbaşa təsir edir. Yuxarıda göstərilən faktorlar oksidativ stressin - hüceyrə səviyyəsində qocalma prosesinin inkişafında əsas yer tutur.

Erkən qocalmanın əlamətləri. Çox quru dəri - dərinin yaşla əlaqədar dəyişikliklərinin yüksək tempi eyni yaş qrupuna aid insanlar içərisində erkən yaşlanma əlaməti ola bilər. Sallanmış göz qapaqları - gözətrafı nazik dəri yorğunluq, yuxusuzluq, stress, ultrabənövşəyi şüalanma kimi xarici və daxili faktorların mənfi təsirinə daha çox məruz qalır. Saçların tökülməsi - əgər hər saç darayan zaman daraqda topa şəklində saç qalırsa bu orqanizm üçün bir siqnaldır. Menstrual tsiklin pozulması - qeyri-müntəzəm menstrual tsikl qadınlarda erkən klimaksın xəbərçisi ola bilər. Fiziki yorğunluq – əgər pilləkənlə qalxmaq, piyada gəzintilər və istənilən gündəlik aktiv fəaliyyət çətinliklə başa gəlirsə, bu yalnız zəif fiziki forma deyil, bioloji və təqvim yaşı arasındakı kəskin fərqdən də ola bilər.

Erkən qocalmanın profilaktikası. Bunun üçün orqanizmə stimuləedici təsir göstərən, orqan və sistemlərin pozulmuş funksiyasını və maddələr mübadiləsini yaxşılaşdıran, kompensator imkanları artıran heriatrik və ya heroprotektor adlanan maddələrdən istifadə edilir.

Hazırda qocalma prosesini ləngidən və ömrü uzadan 20-yə yaxın maddə mövcuddur. Heroprotektorlara vitaminlər, anabolik maddələr, biogen stimulyatorlar, adaptogenlər, lipotrop maddələr, sitomedinlər sinfindən olan peptid biotənzimləyicilər, antioksidantlar, kök hüceyrələri aiddir. Bioloji fəal əlavələr də orqanizmdə bəzi çatışmayan maddələri əvəz etməklə erkən yaşlanmanın profilaktikasında istifadə olunur. Bunlardan biri də Qlutationdur – orqanizmdə sintez olunan güclü antioksidant. O, sərbəst radikalların əmələ gəlməsinin qarşısını alaraq, immun sistemini gücləndirib, orqanizmi toksinlərdən təmizləyərək erkən yaşlanmanın qarşısını alır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


18 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!

Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin “ziyansız” miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.

18 Sent 2019
Səhiyyə - Sağlamlıq

Səhər yeməyini mütləq yeyin - FAYDALARI

"Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver" atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi?

17 Sent 2019
Səhiyyə - Sağlamlıq

"Əhalimizin sağlamlıq qayğısının yeni adı - Günəbaxan"

Hər kəs üçün özü ilə günəşin istisini, səmanın təmizliyini və təbiətin gözəlliyini gətirdi...

17 Sent 2019
Səhiyyə - Sağlamlıq

Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın, əti bişirməzdən əvvəl yumayın... - Mütəxəssisin tövsiyələri

Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdır.

16 Sent 2019
Səhiyyə - Sağlamlıq

Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU

Əgər bir gün bir anda beyinə kifayət qədər qan getməzsə nə olacağını bilirsinizmi?