Ayaq ağrıları ən çox bu səbəbdən yaranır

Ayaq ağrıları ən çox bu səbəbdən yaranır
30 Avq 2019 10:35

Ayaq ağrıları ən çox rast gəlinən şikayətlərdən biri sayılır. Mütəxəssislərə görə, bu ağrıların bir çox səbələri ola bilər.

E-tibb.az bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi, nevroloq Yeganə Rəşidova deyib ki, pasientlər daha çox onlara ayaq ağrıları ilə müraciət edir və bu ağrılarən revmatizm, damar problemlərindən qaynaqlandığını deyirlər. Amma onun sözlərinə görə, ayaq ağrıları çox zaman bel-omba fəqərələrində yaranan problemdən yaranır.

Həkim deyib ki, nə zamansa bel-omba fəqərələrində problem olan insanlarda sonradan hər hansı infeksion xəstəliyin, eləcə də ağır bir əşya qaldırmağın fonunda yaranan ayaq ağrısı bel-omba fəqərələri ilə əlaqəli ola bilər.

Və bir çox hallarda ayaq ağrıları məhz həmin problemlə bağlı yaranır: "Ona görə də ayaq ağrıları zamanı məsələn, damar müayinəsində hər hansı problem aşkarlanmırsa, o zaman bel-omba fəqərlərində hər hansı problem olub-olmadığı araşdırılmalıdır".

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.