Zakir Həsənov ordudakı rəhbər şəxsləri topladı: nazirdən göstərişlər - FOTO

Zakir Həsənov ordudakı rəhbər şəxsləri topladı: nazirdən göstərişlər - FOTO
31 Avq 2019 13:00


Avqustun 31-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri intensiv döyüş hazırlığı ayının yekunlarını təhlil edərək bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə döyüş fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldiyini qeyd edib.

Nazir növbəti aylarda qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə təşkil olunan məşqlərin və təlimlərin sayının artırılması, onların direktiv və təlimatlara uyğun daha səmərəli təşkili, eləcə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.

General-polkovnik Z.Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Sonda Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.