Mövqelərimiz snayperlərdən atəşə tutuldu — Cəbhədə gərginlik

Mövqelərimiz snayperlərdən atəşə tutuldu — Cəbhədə gərginlik
02 Sent 2019 09:54

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Realpress.az"a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Ağdam rayonunun işğal altında olan Nəmirli, Kəngərli, Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. 


25 May 2020
Hərbi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatdı

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

25 May 2020
Hərbi

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

24 May 2020
Hərbi

Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO

Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları üstünlük təşkil edir. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

24 May 2020
Hərbi

Cəbhədə sakitlik pozuldu: Pulemyotlar işə düşdü

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

23 May 2020
Hərbi

Nazirlər Kabineti rəsmisindən hərbi çağırışla bağlı MÜHÜM AÇIQLAMA

“Hərbi çağırışla bağlı məsələlər müzakirə olunmaqdadır”.