AYAQ GÖBƏLƏYİNƏ ZƏRBƏ.

AYAQ GÖBƏLƏYİNƏ ZƏRBƏ.
02 Sent 2019 16:59

AYAQ GÖBƏLƏYİNƏ ZƏRBƏ.

Hava və suyun istiləşməsi şəhər əhalisinin çimərliklərə olan maraqlarını artırır. Məhz nəm və rütubətli mühit bir çox infeksion xəstəliyin yayılmasının əsas səbəblərindəndir. Belə mühitdə ən çox yayılan xəstəlik ayaq göbələyidir. Xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa, bütün bədən səthinə yayıla bilər. Bütün dermatoloji xəstəliklər sırasında dırnaq və dərinin göbələk xəstəliyinin yayılma  tezliyi  45%-dir.

Göbələk xəstəliyini vaxtında necə aşkar etməli? Göbələk xəstəliyinin törədicilərinə görə göbələk xəstəlikləri  rubrofitiya və epidermofitiya olmaqla 2 qrupa bölünür. Hər iki göbələk xəstəliyinin kliniki görünüşü və inkişaf mexanizmi bir-birinə çox oxşadığı üçün onları “mikoz” adıyla birləşdirirlər. İnfeksiyanın əsas yayılmasına kömək edən dırnaq göbələyi (onixomikoz) və ayaq göbələyidir.

Ayaq və dırnaq göbələklərinin əsas simptomlarına barmaqlar arasında çatlar (adətən 1 və 2-ci, 4 və5-ci barmaq arasında), dırnaqların həddən artıq qalınlaşması və nazikləşməsi, qaşınma və yanğı hissi, qızartı və dərinin soyulması, çoxqatlı çatların olması, dırnaqlardan xoşagəlməz qoxunun olması aiddir.

Dərinin göbələklə zədələnməsi zamanı nə baş verir? Dərinin göbələklə zədələnməsi əsasən ayaqdan, xüsusilə barmaqlararasından çat və dərinin soyulmasından başlayır. Bir qayda olaraq dəridə yavaş-yavaş qırmızı rəngdə kiçik qabarcıqlar əmələ gəlir, qabarcıqların partlaması nəticəsində dəridə yaralar və çatlar formalaşır. Ayaqdakı göbələyi müalicə etmədikdə proses dırnaqları da zədələyir. Dırnağa düşən göbələk orada inkişaf edib artır. Tədricən dırnaq qalınlaşır, səthi nahamar olur və üzərində sarı rəngli ləkələr əmələ gəlir. Dırnaqlar asanlıqla qırılır, ovulur və estetik görkəmini itirirlər.

Ayaq göbələyinin müalicəsi. Mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər. Mikozun müalicəsi kompleks şəkildə aparıldıqda daha effektiv sayılır, bu zaman həm yerli, həm də sistem təsirli vasitələrdən istifadə olunur. Müalicə zamanı həkim dırnaqların lazerlə təmizlənməsi və cihazlarla pedikürunu də məsləhət görə bilər.

Ayaq göbələyinin müalicəsi zamanı xüsusi gigiyenik qaydalara əməl etmək vacibdir.  İlk növbədə manikür aləti vasitəsi ilə dırnağın zədəli sahəsini təmizləyin, bu dərman vasitəsinin dırnağa nüfuz etməsinə və göbələk infeksiyası ilə mübarizə aparmasına kömək edir. İkinci, həftədə bir dəfə sabun-soda vannası etmək lazımdır ki, müalicə effektiv alınsın. Bu yaxınlarınızın göbələyə tutulma riskini, eləcə də sizin ikinci dəfə yoluxma ehtimalını azaldır. Döşəmə, duş və vanna otağını, şəxsi əşyaları (ayaqqabı, dəri və dırnağa qulluq əşyaları) dezinfeksiya edin. Müalicə zamanı fərdi tərlik və dəsmaldan istifadə edin. Unutmayın ki, coraplar gündəlik dəyişilib, yuyulmalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.