Saxta "Best of Azerbaijan" aranı qatdı: Sadəcə görüntü üçün taxılıb - FOTO

Saxta "Best of Azerbaijan" aranı qatdı: Sadəcə görüntü üçün taxılıb - FOTO
03 Sent 2019 08:58


Sosial şəbəkələrdə başında tac, üzərində "The Best of Azerbaijan" yazısı olan bir xanımın fotosu müzakirələrə səbəb olub.

Sosial media əhli "gözəllikdən əsər əlaməti yoxdur, best model seçilir" kimi rəylərlə həmin xanımı tənqid atəşinə tutublar.

Həmin model isə ötən gün "E media qrup" tərəfindən keçirilən mükafatlandırma gecəsində səhnədə olub.

Realpress.az istinadla bildirir ki, qalmaqallı məsələni araşdırmaq üçün Oxu.Az-ın əməkdaşı "E media qrup"un rəhbəri Elşən Əliyevlə əlaqə saxlayıb.

O, açıqlamasında heç bir gözəllik müsabiqəsi keçirmədiyini bildirib və model xanımın üzərində daşıdığı "The Best of Azerbaijan" yazısını bu cür şərh edib: "E media qrup" heç vaxt model yarışması keçirməyib və heç bir modelə belə mükafat vermir. O gecədə isə, sadəcə həmin xanım və bir bəy "Ən yaxşılar" nominasiyasına layiq görülən ölkəmizin öndə gedən şəxslərinə mükafatları təqdim ediblər. Xanım mükafatı, bəy isə hədiyyələri təqdim edirdi. Xanımın başında tac, üzərində yazılan "The Best of Azerbaijan" lenti isə sadəcə gözəl görüntü üçün taxılıb. Bu, sadəcə yazılı lentdir. Həmin xanıma biz nə mükafat vermişik, nə də onu hər hansısa bir diplomla təltif etmişik".

Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə predmetinə çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin saxta olduğuna dəfələrlə etirazlarını bildiriblər.


23 İyun 2020
Şou-biznes

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

12 İyun 2020
Şou-biznes

Ağciyərində şiş aşkarlanan Əməkdar artist canlı efirdə ağladı: “Yıxılan insan deyiləm” - VİDEO

“Ağrılarım kürəyimə və böyrəklərimə vurub. İndi isə qarın hissəmə vurur. Kimyaterapiya hansısa bölgəyə təsir edir. Bu da məni çox incidir. Qarın hissəmdən beş dəfə əməliyyat olunmuşam. Bərk ağrılarım var. Çalışıram ki, yıxılmayım”.

10 İyun 2020
Şou-biznes

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

9 İyun 2020
Şou-biznes

“Jara” təxirə salındı - VİDEO

Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.

29 May 2020
Şou-biznes

Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”

“Demək olar ki, 27 ölkə gəzmişəm. Amerikadan tutmuş Yaponiyaya kimi... Hətta Silvester Stallonenin bağına belə getmişəm”.