Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası

Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası
03 Sent 2019 10:03

Nişastalı ərzaqlar, xüsusən kartof dağ yağda qızardılarkən orqanizm üçün toksiki təsir edən və kanserogen maddə kimi tanınan akrilamid yaranır.

Onun yaranmasını və təsirini minimuma endirmək üçün, kartof free, çips və sadəcə qızartma zamanı bir neçə qaydaya əməl etmək lazımdır.

Qeyd edək ki, akrilamid 120 dərəcə və yuxarı temperaturda kimyəvi reaksiyalardan yaranır.

Realpress.az Medicina.az-a istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarının analizləri göstərdi ki, Avropa Birliyinə daxil olan 24 ölkədə və Amerikada  akrilamid əsasən bu qida məhsulları ilə yayılıb: çips, fri, kofe, ponçiklər, qarğıdalı partlaması - hansı ki, tərkibində şəkər və yüksək miqdar nişasta vardır.

Ən yüksək hədd isə çips və qızardılmış kartofda müəyyən edilib. Hazırda akrilamid təhlükəsindən qorunmaq üçün Avropada yeni texnologiyalar hazırlanır, xüsusi fermentlərin əlavə olunması nəzərdə tutulur ki, həmin reaksiya baş verməsin.

Evdə isə kartof qızardarkən, bu zərərli maddənin təsirini minimuma endirmək üçün kartofu soyduqdan sonra qızartmazdan öncə 1 saat suda saxlayın və sonra axar suyun altında yaxşı yuyun. Bu nişastanın miqdarını xeyli azaldır.

Kartofu çox yüksək temperaturda qızılı və qəhvəyi rəng alıb qızarana kimi saxlamayın. Bir az saraldı yetərlidir. Eləcə də qızardarkən çox nazik doğramayın, əksinə qalın kəsin. 14 mm ölçüdə kartofda daha az akrilamid yaranır.


28 Fev 2020
Səhiyyə - Sağlamlıq

Xərçəngi öldürən GİLƏMEYVƏ

Son elmi araşdırmalar böyürtkənin xərçəng əleyhinə təsirini aşkar edib. Araşdırmalar göstərib ki, böyürtkən ekstraktı xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

28 Fev 2020
Səhiyyə - Sağlamlıq

Qazlı içkilərin daha bir TƏHLÜKƏSİ tapıldı

Qazlı içkilərin çox qəbul edilməsi orqanizmdə lipid mübadiləsinin pozulmasına səbəb olur.

27 Fev 2020
Səhiyyə - Sağlamlıq

Qaraciyəri təmizləyən və bərpa edən 5 əlçatan məhsul

Qaraciyərin əsas funksiyalarından biri detoksikasiya funksiyasıdır.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ

Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.