Bakının mərkəzində 130 yaşlı bina plana düşdü - sakinlər köçürüləcək

Bakının mərkəzində 130 yaşlı bina plana düşdü - sakinlər köçürüləcək
03 Sent 2019 15:37

Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir:

"Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1998-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb.

Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq".

İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür. 

28 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

28 May 2020
Siyasət

Ukrayna Azərbaycanı Respublika Günü münasibətilə təbrik etdi - FOTO

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

28 May 2020
Siyasət

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi - FOTO

Mayın 28-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

28 May 2020
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

27 May 2020
Siyasət

İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə paylaşım edib.