YouTube 200 milyon dollar cərimə ödəyəcək

YouTube 200 milyon dollar cərimə ödəyəcək
05 Sent 2019 08:57

Google şirkəti YouTube videoservisində istifadəçi məlumatlarının yığılması məsələsini həll etmək üçün ABŞ-ın federal ticarət komissiyasına (FTC) 200 milyon dollar cərimə ödəyəcək. Bu barədə Reuters saytı xəbər verib. 2018-ci ildə bir sıra istifadəçi FTC-yə şikayət etmişdi ki, YouTube servisi yetkinlik yaşına çatmamış istifadəçilərə targetinq reklamı göstərmək üçün onların məlumatlarını yığır. Keçən həftə isə məlum olmuşdu ki, videoservis uşaqlar üçün nəzərdə tutulmuş videolarda bundan sonra targetinq reklam göstərməyəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, Google şirkəti FTC ilə ortaq razılığa gələrək böyük məbləğdə cərimə ödəyəcək və bəzi şərtləri yerinə yetirəcək. Reuters saytının məlumatına əsasən Google şirkətinin ödəyəcəyi məbləğ 150 milyon dollardan 200 milyon dollara kimi çata bilər. Bu barədə rəsmi məlumat gələn həftə verilməlidir. Məlumatda qeyd olunub ki, bu cərimə vəsaiti uşaqların internetdəki konfidensiallıqları qanunvericiliyi üzrə təyin edilmiş ən böyük cərimə məbləğlərindən biri olacaq.

Bundan öncəki rekord göstəricidə cərimə məbləğini isə bu ilin fevral ayında məşhur TikTok servisi əldə etmişdi. Belə ki, servis 3 il ərzində öz istifadəçilərinin yaş göstəricilərini qeyd etmirdi. Buna görə də servis 5.7 milyon dollar dəyərində cərimələnmişdi. Qeyd etmək lazımdır ki, YouTube servisi uşaq videoları üçün nəzərdə tutulmuş ayrıca sayta və YouTube Kids tətbiqinə sahibdir. Həmin tətbiqdə valideynlər öz övladlarının yaşlarını qeyd edərək onlara uyğun kontentləri seçə bilərlər.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.