Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər
06 Sent 2019 09:33

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov jurnalistlərə açıqlamasında söyləyib. O deyib ki, bu il Azərbaycandan göndərilən dərsliklər Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub. Dərsliklərin azərbaycandilli məktəblərə çatdırılması prosesində nazirliyin məsul əməkdaşları ilə birlikdə səfirliyin nümayəndələri də iştirak edəcəklər.

S.İsmayılov qeyd edib ki, dərs ilinin başlanmasına qədər azərbaycandilli məktəblərin direktorları ilə səfirlikdə görüş keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan dövləti hər il qonşu ölkənin azərbaycandilli məktəblərinə dərs vəsaitləri göndərir. Bu il Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərin I-XI sinifləri üçün 20 min 622 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, müəllimlər üçün isə metodik vəsaitlər göndərib.


4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

3 Sent 2019
Elmi

Diş minasını bərpa edən gel hazırlanıb

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

3 Sent 2019
Elmi

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

29 Avq 2019
Elmi

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.