Google yeni loqolarını tətbiq etməyə başlayıb

Google yeni loqolarını tətbiq etməyə başlayıb
09 Sent 2019 09:49

Google şirkəti öz platformalarının rebrendinqini davam etdirib. Bu dəfə yeni loqotipləri Android TV, Android Auto və Android One platformaları alıb.

Realpress.az ted.az-a istinadən bildirir ki, ötən ay Google rəsmi olaraq Android əməliyyat sistemi üçün yeni logo və ad sxemi buraxmış, rebrendinq çərçivəsində rəng sxemi, şrift və buna bənzər "xırda amillər" dəyişilmişdi.

Android TV və Android Autonun yox olmuş yaşıl rəng və yeni şriftləri də nəzərə alınmaqla, loqotiplər kiçik dəyişikliklərə məruz qalıblar. Android One loqosunda dəyişikliklər daha kardinal və diqqətəlayiqdir.

Yeni loqotipləri artıq hər bir platformanın rəsmi saytlarında tapmaq mümkündür. Yenilənmələrə çox yaxın zamanda başlanacaq. 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.