“Windows 10” əməliyyat sistemində smartfondan zəng etmək imkanı əlçatan olub. Ajith adlı istifadəçi “Twitter”də bu haqda informasiya yerləşdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, beləliklə, “Windows 10” əməliyyat sisteminin istifadəçisi smartfondan zənglər etmək və onları birbaşa idarə etmək imkanına malik olacaq. Bu əməliyyat üçün sazlamalarda yerləşdirilmiş xüsusi funksiya istifadəyə verilib. Həmin funksiyanı aktivləşdirdikdən sonra əsas menyuda “Calls” elementi əlçatan olacaq. Ona sıxdıqda ekrana nömrə yığımı paneli, həmçinin şəxsi kontaktların axtarışı üzrə sahə çıxacaq.
Məlumata görə, yeni funksiya hələ ki sınaq mərhələsindədir və “Microsoft” bu barədə heç bir məlumat verməyib.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.