Hindistan ilk dəfə Aya kosmik gəmi göndərilməsini həyata keçirib. Lakin kosmik aparatın Aya düşməsinə saniyələr qalmış onunla əlaqə kəsilib.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, əgər kosmik gəmi uğurla Aya düşsəydi, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra bu planetə enmiş dördüncü ölkə olacaqdı.
Hindistan Kosmik Tədqiqatlar Mərkəzi faktı təsdiqləsə də, gəminin qəzaya uğraması və ya başqa aqibəti ilə bağlı heç bir açıqlama verməyib.
Hindistanın baş naziri Narendra Modiyə kosmik aparatın itməsi barədə məlumat verilib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.