Türkiyəli aktrisa azərbaycanlı prodüserə evlilik təklifi etdi - FOTO

Türkiyəli aktrisa azərbaycanlı prodüserə evlilik təklifi etdi - FOTO
09 Sent 2019 11:46

Avropa prodüseri kimi tanınan Sultan Mustafayev türkiyəli aktrisadan evlilik təklifi alıb.

Realpress.az istinadla bildirir ki ,bu barədə BAKU.WS-ə prodüser özü məlumat verib.

Son illər İstanbulda yaşayan və fəaliyyət göstərən Sultan bəy Tuanna Ahmedlə yaxın dost olduqlarını və bir müddət öncə ondan evlilik təklifini aldığını deyir.

"Evlilik təklifi gözlənilməz olduğundan ciddi qəbul etmədim. Əvvəlcə zarafat etdiyini düşündüm, amma sonra fikrinin ciddi olduğunu gördüm. Tuannanı çox sevirəm. Gözəl insandır, lakin məni qane etməyən bir məqam var; evində it saxlayır və onu hər kəsdən çox sevir. Mən isə itlə bir evdə yaşaya bilmərəm. İt olan yerdə yata bilmirəm, yemək yemirəm. Tuannaya ya it, ya mən dedim. İtini "oğlum" deyə əzizləyir, "oğlumu atamam" söylədi.

Buna baxmayaraq, dostluğumuz davam edir. Tuanna məni anladı, mən də onun itə olan sevgisini, bağlılığını anlayıram".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.