Netanyahu pərt oldu: “Boris Consona Yeltsin dedi” - VİDEO

Netanyahu pərt oldu: “Boris Consona Yeltsin dedi” - VİDEO
09 Sent 2019 12:55

İsrail Baş naziri Benyamin Netanyahu etdiyi səhvlə gündəmə düşüb.

Realpress.az “Haber7”yə istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından Londona etdiyi səfər və İngiltərənin Baş naziri Boris Consonla görüşü barədə məlumat vermək istəyib.

Netanyahu bu zaman Conson Yeltsin deyib:

“Londonda İngiltərənin Baş naziri Boris Yeltsin və ABŞ Müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.

Yanındakıların xəbərdarlığı ilə səhvini düzəltməyə çalışan Netanyahu vəziyyətdən belə çıxmaq istəyib:

“Dinləyib-dinləmədiyinizi görmək üçün belə dedim”.

Xatırladaq ki, Netanyahu daha öncə də buna bənzər səhv etmişdi. Belə ki, o, 2016-cı ilin dekabrında Azərbaycana səfərindən sonra keçirilən iclasda Əfqanıstana səfər etdiyini bildirmişdi.

Qeyd edək ki, sabiq Rusiya prezidenti Boris Yeltsin 2007-ci ildə vəfat edib.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.