Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı - VİDEO

Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı - VİDEO
10 Sent 2019 10:00


Cənubi azərbaycanlı məşhur müğənni Sami Yusuf dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini özünəməxsus şəkildə, fərqli üslubda ifa edib.

realpress.az xəbər verir ki, qəzəli daha da zənginləşdirmək üçün Əməkdar artist Samirə Əliyeva və Təyyar Bayramov muğam hissələrini səsləndiriblər. 

Qəzələ samballı musiqi bəstələyən Sami Yusuf onu canlı şəkildə xor və orkestrın müşayiəti ilə ifa edib. Orkestr 57 nəfərdən ibarət olub.

"Nəsimi" adlandırılan əsər Sami Yusufun rəsmi "Youtube" kanalında paylaşılıb. Mahnı 15 saat ərzində 100 mindən çox baxış sayı toplayıb.         

                                

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.