Samir Bağırov gənc ifaçılara "od püskürdü": Yaşlılara söz atıb gündəmə gəlmək biabırçılıqdır

Samir Bağırov gənc ifaçılara "od püskürdü": Yaşlılara söz atıb gündəmə gəlmək biabırçılıqdır
10 Sent 2019 11:22


Uzun müddətdir şou-biznesdən və mediadan uzaq gəzən Samir Bağırovun fotolarını Xalq artisti Emin Ağalarov "Instagram" hesabında paylaşıb. 

realpress.az-ın əməkdaşı ilə söhbətində Samir Bağırov şou aləmindən uzaq düşməsindən danışıb:

"Artıq yavaş-yavaş özümə gəlirəm. Emin Ağalarovdan təklif gəldi. Azərbaycanla bağlı möhtəşəm bir layihə hazırlayır. Mənim də həmkarlarım kimi, bu gözəl layihədə bir xidmətim olduğu üçün çox xoşbəxtəm.

Ötən gün bütün gecə sözügedən layihənin çəkilişlərində olmuşam. Gecəni də yatmamışam, həmkarlarımla çalışmışıq. Ümid edirəm ki, bundan sonra mən də dayanmayacağam və tamaşaçıları yeni mahnılarımla sevindirəcəyəm".

S.Bağırov bildirib ki, bütün ömrü pəhrizdə keçir və buna görə də hər zaman formada qalır:

"Pəhrizdə olmağım mənim əbədi problemimdir. Ömrüm boyu pəhrizdəyəm. Dünən çəkilişlər çox ağır keçdi. Çətin idi, çünki iki gün heç bir şey yeməmişdim. Artıq acından başım fırlanmağa başladı. Yemək üçün bir şeyə ehtiyacım olduğunu hiss etdim. Yeməsəydim, daha pis olacaqdım. Bax, bu rejimdə qalmağım sahəsində gördüyünüz kimi arıqlaya bilmişəm".

Sonuncu dəfə "Jara-2018" beynəlxalq musiqi festivalında görünən S.Bağırov "gizlənqaç" oyunlarından təngə gəldiyini və incəsənətdə tək addım atmağın onun üçün çətin olduğunu bildirib.

"Prodüser olmadan, tək işləmək mənim üçün çox çətindir. Mən yaradıcı insanam. Ağlıma hər hansı ideya gələndə ilhamlanıb, yaratmaq istəyirəm. Qanadlanıb uçmaq istəyirəm. Lakin yaradıcı insan problemlərlə üzləşəndə qanadları enməyə başlayır. İnsanın ümidləri qırılır.

Musiqiçiyə hər şeydə prodüser kömək etməlidir. Prodüserim olmadığı üçün yüngül depressiyaya düşdüm. Eminə təşəkkür edirəm ki, bu layihə məni bu məzlum vəziyyətdən çıxardı. Düşünürəm ki, bundan sonra hər şey yaxşılığa doğru gedəcək".

Sənətçi şou-biznesin hazırkı durumunu "iyrənc bataqlıq" adlandırıb, sənət dünyasında baş verən özbaşınalıqları görüb, eşitmək belə istəmədiyi söyləyib.

"Baş verənlərə qiymət verə bilmirəm. Fakt budur ki, şou-biznesimizdə dəhşətli şeylər baş verir. Görmək və eşitmək belə istəmirəm. Bazara bənzəyir. Gənc ifaçılar son zamanlar ağını çıxarıblar. Yaşlı nəslin sənətçilərinə sataşırlar, onlara söz atırlar. Bütün bunları görəndə içim qan ağlayır. Çünki bizim nəsil fərqli idi. Biz heç zaman bizdən yaşlı sənətkarların üzünə ağ olmamışıq. Onlara hörmət etmişik.

Gənc ifaçılar başa düşməlidirlər ki, onlar da nə vaxtsa yaşlaşacaqlar və etdikləri hörmətsizlik qabaqlarına çıxacaq. Həyat bumeranqdır. Onlar isə bunu başa düşmürlər. Yalnız reklamın dalınca qaçırlar. Yaşlı sənətkarlara cavab qaytararaq, bu şəkildə özlərini məşhurlaşdırıb, gündəmə gəlirlər. Bu, biabırçılıqdır.

Baş verənlərə fərqli münasibətim var. Bütün bunları görəndə özümü narahat hiss edirəm. Halım pisləşir. Mən sənət adamıyam, şou-biznes yox. Şou-biznes mənlik deyil. Bəlkə də, qocalmışam ona görə belə düşünürəm".

Müğənni Samir Bağırov əməkdaşımızla söhbətinin sonunda yaxın ərəfələrdə tamaşaçıların önünə fərqli tərzdə, yeni imicdə və yeni mahnılarla gələcəyinin müjdəsini verməyi unutmayıb.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.