Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranmış ciddi problemlərə görə Türkiyəyə yola düşüb.
Realpress.az istinadla bildirir ki, məsələ bağlı Oxu.Az-ın əməkdaşı N.Allahverdiyeva ilə əlaqə yaradıb.
Aktrisa həkimlərin ona düzgün diaqnoz qoymadıqlarına görə Türkiyəyə üz tutduğunu söyləyib.
"Bakıda xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmadı. Bütün pullarım hədər getdi. Dərmanlara və müayinələrə verdiyim pulları saysam, ağzınız açıq qalar. Bir çox həkimlərə üz tutsam da, onlar xəstəliyimin tam diaqnozunu qoymaqda çətinlik çəkdilər.
Hətta həkim tomoqrafiyaya baxıb diaqnoz qoya bilmədi. Analizlərin cavablarını Türkiyənin məşhur xəstəxanalarının birinə yolladım. Müsbət cavab aldıqdan sonra qərar verdim ki, Türkiyəyə getməliyəm. Ümid edirəm ki, Türkiyədə dərdimə dərman tapılar və yenidən sağlamlığıma qovuşaram".
Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.