6 yaşlı uşaq avtomobillə görün nə etdi - VİDEO

6 yaşlı uşaq avtomobillə görün nə etdi - VİDEO
10 Sent 2019 17:26

Çində 6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Realpress.az DHA-ya istinadən xəbər verir ki, Çanqpinq şəhərində Çen adlı kişi avtomobili işlək vəziyyətdə saxladıqdan sonra işini həll etməyə gedib.

Bu zaman maşındakı 6 yaşlı oğlu sükan arxasına əyləşib və əyləci sıxıb. Avtomobil öncə qabağa gedib, sonra sürətlə arxaya doğru hərəkət edib.

Ata qaçaraq maşının qapısını açmağa çalışsa da, artıq gec olub. Avtomobil arxadakı çuxura düşüb.

Hadisə zamanı uşaq xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib.

Məsuliyyətsiz hərəkət edən ataya pul cəzası veriləcəyi bildirilir.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.