Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Minskdə keçirilən turnirdə birincilik qazanıb.
DHA xəbər verir ki, R.Quliyev 200 metr qaçışda 20,16 saniyə nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Minskdəki turnir ABŞ və Avropa yığmaları arasında baş tutub.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.