Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır

Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır
11 Sent 2019 09:53


Müğənni Roza Zərgərli sosial mediada məşhur olan bəzi personajların televiziya kanallarına çıxmasının əleyhinə olduğunu söyləyib.

Zərgərli bu barədə Realpress.az-ın əməkdaşı ilə söhbətində fikir bildirib.

Sənətçi bildirib ki, kanallar efirlərinə sosial media fenomenlərini çağırmamalıdırlar: "TV kanallar verlişlərinə qonaq çağırdıqları insanlara diqqət yetirməlidirlər. Yüz ölçüb, bir biçməlidirlər. Düşünürəm ki, kanallar sosial şəbəkələrdə məşhur olan fenomenləri efirlərindən uzaq tutmalıdırlar. Efirə çıxartmamalıdırlar. Çünki onları nə qədər sosial media əhli izləsə də, bir o qədər tənqid edirlər. Tamaşaçı da efirdən onları seyr edib, əsəbiləşir".

"İTV-də yayımlanan "Bizim restoran" adlı yumoristik seriala çəkilirəm. Amma bununla bərabər, aparıcı kimi də fəaliyyətimi davam etdirirəm", - deyən R.Zərgərli yeni mahnı oxuyacağını və tezliklə klip çəkdirəcəyini də ilk olaraq saytımıza açıqlayıb.

“Yeni duetim gəlir. Çox sevdiyim həmkarım Əkbər Əliyevlə birlikdə oxumuşuq. Bildiyiniz kimi, o, "Mənə öyrət" ekran işində tərəf müqabilim olub. Biz bir-birimizi baxışlarımızdan, jestlərimizdən başa düşürük. Həm də diqqətlə klipi seyr etdikdə görürsünüz ki, ekran işinin məzmunu tam sona kimi göstərilməyib. Sanki yarıda kəsilir. Demək ki, ardı var. Duetimizi də tezliklə ekranlaşdırıb sosial mediada yayımlayacağıq. Ekran işinin rejissorluğunu da özüm edəcəyəm. Klipə təqdimat keçirməyi düşünmürəm. Çünki buna artıq ehtiyac yoxdur”, - deyə Roza Zərgərli bildirib.


27 Fev 2020
Şou-biznes

Ceki Çanla birgə iki aktyor da karantinə alındı - Eyni qonaqlıqda olublar

Ceki Çanla birgə iki aktyor da karantinə alındı - Eyni qonaqlıqda olublar

27 Fev 2020
Şou-biznes

Məhşur müğənnini oğurlayaraq işgəncə verdilər

Realpress.az” xəbər verir ki, müğənni Duffy bunun səbəbləri  barədə öz İnsragram səhifəsində yazıb.

24 Fev 2020
Şou-biznes

“Avroviziya-2020”də iştirak edəcək ölkələrin mahnıları - VİDEO

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsinin başlamasına üç ay vaxt qalıb. 

20 Fev 2020
Şou-biznes

Xalq artisti qəzəbləndi: “Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır” - ÖZƏL

Xalq artisti qəzəbləndi: “Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır” - ÖZƏL

19 Fev 2020
Şou-biznes

Hollivud ulduzu “Betmen” rolundan imtinasının səbəbini açıqladı

Hollivud ulduzu “Betmen” rolundan imtinasının səbəbini açıqladı