Tanınmış aparıcı: Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür - VİDEO

Tanınmış aparıcı: Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür - VİDEO
11 Sent 2019 12:43

Rusiyanın məşhur aparıcısı Svetlana Zeynalova etiraf edib ki, azərbaycanlı kişilər həyatı boyu rastlaşdığı rus kişilərdən daha güclüdür.

Realpress.az "oxu.az"a istinadən xəbər verir ki, “Paxlava Production” layihəsinə müsahibəsində aparıcı bildirib ki, azərbaycanlı kişilər ailə məsələlərində daha məsuliyyətlidirlər.

“Mən deyə bilərəm ki, qarşılaşdığım rus kişilərə nisbətən azərbaycanlı kişilər daha güclüdür. Onların ailə, qadın, uşaq və kişi məsuliyyətinə aid müəyyən anlayışları var”, - deyə aparıcı qeyd edib.

“Kişi hansı məsələdə güclü olmalıdır, qərar qəbul etməlidir, pul qazanmalıdır - Moskvada bu məsələr bir az zəifləyib. Kişilər müntəzəm olaraq heç bir qərar vermirlər, qərarları qadınlar verirlər. Rusiya paytaxtında qadınlar daha güclüdürlər”, - deyə Zeynalova əlavə edib.

Qeyd edək ki, Svetlana Zeynalova rusiyalı radio və televiziya aparıcısıdır. Hazırda Rusiyanın "Birinci kanal"ında “Dobroe utro” verilişinin aparıcısıdır. 2015-ci ilə qədər “Maximum”, “Business FM” və “Naşe Radio” radio stansiyalarında verilişlərin aparıcısı olub.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.