Nazir: Təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib

Nazir: Təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib
11 Sent 2019 13:09


Ötən müddət ərzində 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 

Realpress.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları iki dəfə artırılıb:

“Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.

Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir”, - deyə nazir qeyd edib.


16 Sent 2019
İqtisadiyyat

Arterial təzyiqin düzgün ölçülmə QAYDASI

Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.

16 Sent 2019
İqtisadiyyat

Azərbaycan və Türkiyə arasında Protokol imzalandı - İqtisadi əməkdaşlıq...

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb.

16 Sent 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 16 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.