Nazir bəzi məktəb rəhbərliklərinə xəbərdarlıq etdi

Nazir bəzi məktəb rəhbərliklərinə xəbərdarlıq etdi
11 Sent 2019 14:37


Qarşımızda duran vacib məsələlərdən biri tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir. 

realpress.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərdəndir:

“Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Elə məktəblər var ki, təhsili yüksək səviyyədə təşkil edə bilmir. Bu, bir çox məqamlarla özünü təsdiq edir. 

Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.

“Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir.

Hesab edirik ki, məktəb rəhbərləri məktəb daxilində istənilən neqativ halların, psixoloji, mənəvi zorakılıq hallarının aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar.

2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik”, - deyə C. Bayramov qeyd edib.

Nazir bildirib ki, bir çox yerlərdə təmayül siniflərin yaradılmasının çətinlikləri nəzərə alınaraq təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir:

“Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin  tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edilib”.


18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.