İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO

İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO
11 Sent 2019 16:48

Türkiyəli maniken və aktrisa Ceren Kaplakarslan və anası - aktrisa Nuray Deveci Yeşiltepe döyülüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hamiləliyin 6 ayında olan 30 yaşlı aktrisa sevgilisi - iş adamı Temel Kankıran tərəfindən döyülüb.


Hadisə 1 sentyabr tarixində Ataşehirdə baş verib. Hamilə Ceren Kaplakarslan anası Nuray Deveci Yeşiltepe ilə birlikdə həkim müayinəsi üçün özəl xəstəxanaların birinə gəliblər. Bu zaman Kaplakarslanın sevgilisi Temel Kankıran da xəstəxanaya gəlib. Müayinə başa çatdıqdan sonra anası ilə bərabər avtomobilə tərəf hərəkət edərkən Temel onlara yaxınlaşaraq danışmaq istədiyini deyib.


Dialoq mübahisə ilə davam edib. Temel Kankıran belindəki tapançanı çıxararaq Ceren Kaplakarslanın başına dayayıb. Aktrisanın anası qızını qorumaq istəyərkən acıqlı sevgili silahın dəstəyilə qadını vurub. Daha sonra Cerenin üzündən zərbə endirib. Hər ikisi zərbələrdən yerə yıxılıb. Temel onları yerdə təpikləməyə başlayıb.

Ətrafdakı insanlar ana və qızın köməyinə yetişiblər və təcili yardımla xəstəxanaya aparılıblar. 

Cinayəti törədən iş adamı Temel Kankıran saxlanılıb. Barəsində həbs hökmü çıxarılaraq həbsxanaya göndərilib.

Qeyd edək ki, Ceren Kaplakarslan məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.