Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı

Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı
11 Sent 2019 17:05


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Realpress.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov  iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim olunduğunu bildirib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilməlidir.

Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub.

Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Payız sessiyasında həmçinin “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


12 Dek 2019
Siyasət

Birinci vitse-prezidentdən Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım — VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında videoçarx paylaşıb.

12 Dek 2019
Siyasət

Heydər Əliyevin adının Volqoqrad küçələrindən birinə verilməsi təklif olundu

Heydər Əliyevin adının Volqoqrad küçələrindən birinə verilməsi təklif olundu

12 Dek 2019
Siyasət

YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

"Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə hazırdır, sadəcə olaraq namizədlər irəli sürüldükdən sonra digər proseslərə başlanılacaq".

12 Dek 2019
Siyasət

Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT

Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT

12 Dek 2019
Siyasət

Əli Əhmədov bu gün Azərbaycanı GUAM-da təmsil edəcək

Əli Əhmədov bu gün Azərbaycanı GUAM-da təmsil edəcək