Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı

Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı
12 Sent 2019 15:54

Fərid Məmmədov Aybəniz Haşımovanın ansamblında uşaq vaxtı oxuyurdu. Amma böyüyəndə universitetdə mənim tələbəm idi. Bizim ifaçılarda qısqanclıq var.

Realpress.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı lent.az-ın canlı yayımında deyib. Cazmen Əməkdar artist Aybəniz Haşımovanı "paxıl" adlandırıb. O bildirib ki, "Eurovision" təmsilçimiz olan Fərid Məmmədovla bağlı açıqlama verib:

"Yalçın Rzazadə deyirdi ki, indi sənin adın yüksələcək, tələbən müsabiqədə ikinci yeri tutdu. Aybəniz Haşımova onu öyrətmişdi ki, "Eurovision"a gedəndə, demə tələbəsən. Qorxurdu ki, Fərid mənim tələbəm olduğunu deyər. Qorxutmuşdu ki, bilsələr, sənə 31-ci yeri verəcəklər. Belə etmişdi ki, Fərid mənim adımı çəkməsin. Nə edirəm mən "Eurovision"ı? Mənim heç xoşuma gəlmir həmin müsabiqə, baxmıram. Bu şeyləri çox keçmişəm. Mənim fəxri adlarım var, İsveçrədə adımın çəkilməsi lazım deyil.

Bizim sənətçilər qısqancdır. Pis şeydir, özünə pis edirsən. Birinə gül verəndə, paxıllıq çəkirlər. Bu şeyləri çox keçmişəm".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.