Bu kateqoriyalı sürücülər üçün VACİB XƏBƏR

Bu kateqoriyalı sürücülər üçün VACİB XƏBƏR
12 Sent 2019 15:59

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.

Qərara edilmiş digər dəyişikliklə yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan və “C”, “C1”, “CE” və “C1E”, “D”, D1”, “DE” və “D1E” kateqoriyası üzrə işləyənlər sadalananlarla yanaşı, 2 ildə bir dəfə oftalmoloq, otorinolarinqoloq müayinəsindən keçəcəklər.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.