“Oppo A9 2020” smartfonu təqdim olunub

“Oppo A9 2020” smartfonu təqdim olunub
12 Sent 2019 16:15

“Oppo” şirkəti yeni “Oppo A9 2020” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlumata görə, sentyabrın 16-dan etibarən Hindistan bazarında satışa çıxarılacaq qurğunun əsasını 1,8-2 QHs takt tezliyində işləyən səkkiznüvəli “Snapdragon 665” prosessoru təşkil edir. Komplektləşdirmədən asılı olaraq qurğu 4-8 giqabaytlıq operativ və 128-256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacaq. Həmçinin iki SİM kart dəstəyi və müstəqil “microSD” yaddaşı mövcuddur. “Oppo A9 2020” smartfonu 1600x720 piksel təsvir ölçülü 6,5 düymlük ekrana malik olacaq. Onun üst hissəsində 16 meqapikselli ön kamera yerləşir. Əsas kamera 48, 8, 2 və 2 meqapikselli olmaqla dörd kameradan ibarət olacaq. Bundan başqa, işıqlandırıcı nəzərdə tutulub. Arxa paneldə barmaq izi skaneri üçün skaner quraşdırılıb.

 

Bildirilir ki, “Dolby Atmos” texnologiyasını dəstəkləyən qurğu iki dinamikə malikdir. Bundan əlavə, model “4G”, “Wi-Fi”, “Bluetooth 5”, “GPS”, “GLONASS” və “Beidou” modullarının dəstəyi ilə təchiz edilib. Smartfonun daha bir fərqləndirici cəhəti onun böyüktutumlu – 5 milliamper/saatlıq akkumulyatorla təchiz olunmasındadır.

 

“Oppo A9 2020” smartfonu iki – göyümtül-bənövşəyi və tünd-yaşıl qradiyent rəngində təklif ediləcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.